Haqqımızda

Məktəb və bağçaların qurulması

Eduhek şirkəti məktəb və bağçaların dizayn edilməsi və qurulması xidmətlərini təklif edir.  Təhsil müəssisələrinin uşaqların yaş qruplarına uyğun olaraq dizayn edilməsi, uşaqların təhlükəsizlik və inkişaflarına uyğun formada qurulmasını təmin edir.

 

İnteraktiv Kurikulumların tətbiqi

Təhsilin keyfiyyətinin artırılması məqsədi və şagirdlərin dərsi daha yaxşı qavraması üçün dərslərin interaktiv kurikulumlarla keçirilməsi artıq müasir dövrün tələbinə çevrilib. Eduhek şirkəti interkativ kurikulumların tətbiqi ilə bağlı təlimləri sizə təqdim edir. Təlimlərdə mütəxəssislərimiz tərəfindən interaktiv kurikulumların tətbiqi iştirakçılara izah edilir, kurikulum alətlərindən istifadə praktik formada göstərilir.

 

Laborotoriyaların qurulması

Eduhek şirkəti təhsil müəssisələrində laboratoriyalarının qurulması xidmətini təklif edir. Laboratoriyaların müasir avadanlıqlarla təchizi və elmi yeniliklərə uyğun şəkildə hazırlanması şirkətimiz tərəfindən həyata keçirilir. Eduhek şirkəti şagirdlərin öyrəndikləri dərsləri daha yaxşı mənimsəmək, onları tətbiq edə bilməkləri üçün rahat və təhlükəsiz şəraitin yaradılmasını təmin edir.

Eduhek komandası olaraq aşağıdakı laboratoriyaların qurulmasını xidmətlərini göstərir:

STEAM labaratoriyası

Elektrik-elektronika laboratoriyası

Fənn laboratoriyası

Fəza cismləri laboratoriyası

Fizika laboratoriyası

İT laboratoriyası

Kimya laboratoriyası

Robotexnika laboratoriyası

 

 

STEM otaqlarının qurulması

Müasir təhsil sisteminin əsas istiqamətlərindən biri də məhz STEM-dir. Eduhek şirkəti STEM otaqlarının qurulması xidmətini həyata keçirir. Burada şagirdlər bütün fənlər üzrə nəzəri biliklərini və praktik bacarıqlarını inteqrasiya edərək müxtəlif mühəndislik qurğuları, cihazları və sistemləri hazırlayacaq, ilkin ideyadan praktik son modelə qədər bütün mərhələləri keçəcəklər.

 

Robotiks otağının dizaynı və qurulması

Texnologiyanın sürətlə inkişafı robotexnikanın təhsildə yerini əhəmiyyətli dərəcədə artırdı. Şagirdlərin robotexnikanı daha yaxından öyrənməsi və qavraması üçün təhsil müəssisələrində Robotiks otaqlarının dizaynı və qurulması xidmətlərini təklif edirik. Bu otaqlarda şagirdlər müxtəlif mexanizm və avadanlıqlardan istifadə edərək robot hazırlamağı, robotexnalogiyanın nəzəri və praktik məsələləri ilə məşğul ola biləcəklər. Bununla yanaşı süni zəka və robotların idarə edilməsi üçün Robotiks otaqları proqram təminatı ilə də təchiz olunacaqlar.

 

Məntiq və zəka oyunları otağının qurulması

Şagirdlərin məntiqi düşüncələrinin inkişaf etdirilməsi üçün sizlərə yüzlərlə oyunla təchiz olummuş Məntiq və zəka oyunları otağını təqdim edirik. Eduhek şirkəti şagirdlərin yaş qruplarına uyğun olaraq otaqların dizaynını müasir üslub və avadanlıqlarla təmin edir. Burada otaqlar “Əylənərək, öyrənmək” prinsipləri əsasında hazırlanır. Qeyd edək ki, belə oyunlar inkişaf mərhələsindəki şagirdlərin beyinlərində sinaptik bağlantıların artırılması, zəkalarının azad şəkildə fəaliyyəti və məntiqi mühakiməni öyrənmələri üçün olduqca vacibdir.

 

Kitabxanaların dizaynı və qurulması

Eduhek şirkəti olaraq təhsil müəssisələrində və digər yönümlü firmalarda kitabxanaların qurulması xidmətini həyata keçirir. Kitabxanaların interyer dizaynında dünyanın öndəgedən kitabxanalarının təcrübəsindən istifadə edilərək, istifadəçilərin rahatlığı tam təmin edilir. Bununla yanaşı kitabxananın proqram təminatı da şirkətimiz tərəfindən həyata keçirilir ki, bu da istiadəçilərin növbə gözləmədən, rahat bir şəkildə kitabxanadan istifadə etməsinə şərait yaradır.

Məktəb və siniflərin tərtibatı

Eduhek şirkəti olaraq məktəb və siniflərin tərtibatı xidmətini təklif edirik. İstər məktəblərin bütün otaqları ilə birlikdə dizayn edilməsi, istərsə də, siniflərin ayrılıqda dizaynı və yaş qruplarına uyğun qurulmasını həyata keçiririk. Şagirdlərin dərsi daha yaxşı qavraması üçün otaqlar hər sinif üzrə spesifik alətlərdən istifadə olunaraq qurulur. Bununla yanaşı hər fənnə uyğun olaraq otaqlar müasir avadanlıqlarla təchiz edilir.

Kadr hazırlığı və təlimlərin verilməsi

Eduhek şirkəti təhsil sahəsi üzrə kadr hazırlığı və təlimlərin təşkilini də həyata keçirir. Siz müəssisənizdə kadrlarınız daha peşəkar olmağını təmin etmək üçün, bu sahə üzrə təcrübəli və xaricdə təhsil almış mütəxəssislərimiz tərəfindən təşkil olunan təlimlərə cəlb edə bilərsiniz. Eduhek şirkəti istər spesifik sahələr, istərsə də texniki heyətin bilik və bacarıqlarının təmin olunması üçün praktik və nəzəri təlimlərini təşkil edir.

Tanıtım və SMM xidmətlərinin göstərilməsi

Eduhek şirkətinin sosial media və pr menecerləri əməkdaşlıq etdikləri firmaların menecerləri müəssisə və təşkilatların “Facebook”, “İnstagram”, “Twitter”, “Youtube” kimi sosial şəbəkələrini idarə edir və marketinq strategiyasını hər bir şəbəkənin öz işləmə mexanizminə uyğun tərtib edir. Bununla yanaşı sosial media menecerlərimiz tərəfindən gündəlik, həftəlik və aylıq analizlər aparılır, bu analizlərin nəticələri əsasında növbəti ayda sosial media hesablarının idarəedilmə mexanizmləri qurulur.

Həmçinin müəssisə və təşkilatların tədbirlərinin müasir avadanlıqlar vasitəsilə, yüksək keyfiyyətdə video və fotolarını çəkərək, onların keyfiyyətli bir şəkildə istifadəçilərə çatdırır.


Təhsil texnologiyaları avadanlıqları ilə təchiz olunması

Eduhek şirkəti olaraq təhsil müəssisələrinin texnologiya avadanlıqları ilə təchiz olunmasında yaxından iştirak edirik. Eduhek şirkəti Türkiyənin nüfuzlu Emkotech firmasının rəsmi nümayəndəsi olaraq ağıllı lövhələrin, proyektorların, kompüter və monitorların satışını həyata keçirir. Bununla yanaşı Makeblock, MAATATAlab kimi dünya brendlərinin də ölkəmizdə satışını təmin edir.

 

Makeblock

Eduhek şirkəti robot texnologiyaları sahəsində dünya markası olan Makeblock-un Azərbaycanda rəsmi nümayəndəsidir.

Makeblock robotexnika sahəsində uzun illərdir ki, fəaliyyət göstərən dünya marakısıdır. Makeblock şirkəti robot mühənsliyinə yeni başlayanlar üçün robot texnologiyaları və proqram təminatı təqdim edir. Bu məhsullar ilə uşaqlarınız asan bir formada öz robotlarını yarada və onları proqramlaşdıra bilərlər.

Makeblock-un Airblock, Codey Rocky, mBot, Mbot Ranger, Ultimate kimi məhsulları sizə robot texnologiyasını daha yaxşı mənimsəməyə kömək edəcək.

 

MATATAlab

MATATAlab vasitəsilə uşaqlarınız kodlaşdırmanı asanlıqla öyrənə biləcək. “Əylənərək, öyrən” prinsipini özündə əsas götürən MATATAlab 4-9 yaş qrupları üzrə uşaqların robot texnologiyası və proqramlaşdırma ilə ilkin tanışlığı təmin edir.  Burada uşaqlar kod blokları ilə asanlıqla ilkin kodlaşdırma bacarıqlarına yiyələnəcəklər.